Bu gün:

256 milyon dollarlıq superyaxta İstanbul boğazından keçdi

256 milyon dollarlıq superyaxta İstanbul boğazından keçdi

Özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun 256 milyon dollar dəyərindəki “Dilbər” adlı superyaxtası İstanbul boğazından keçib.

Mubahise.az xəbər verir ki, bu görüntüləri Türkiyə KİV-ləri yayıb. Yaxtanın Bodrum sahillərinə getdiyi təxmin edilir.

Usmanov 13.5 milyard dollarlıq sərvəti ilə Rusiyanın üçüncü, dünyanın 71-ci ən zəngin adamıdır.  Onun 156 metr uzunluğundakı super yaxtası 40 sərnişin üçün nəzərdə tutulub və 80-dən artıq heyət üzvü var. Yaxtada vertolyot meydançası, 3800 kvadratmetrlik yaşayış sahəsi, 20 lüks otağı və s. var.

A- A A+