Bu gün:

ABŞ polisini barmağında oynadan “Zodiac Killer”in kimliyi müəyyənləşdi.

ABŞ polisini barmağında oynadan “Zodiac Killer”in kimliyi müəyyənləşdi.

ABŞ polisini barmağında oynadan “Zodiac Killer”in kimliyi müəyyənləşdi.

Mubahise.az xəbər verir ki, keçmiş FTB zabitləri tərəfindən yaradılan könüllü araşdırma qrupu 1960-cı illərdən ABŞ-ın San-Fransisko şəhərində ardıcıl qətllər törədən "Zodiac Killer" adlanan qatilin kimliyini  müəyyən etdiklərini açıqladı.

"Case Breakers" adlı 40 nəfərlik qrup səlahiyyətlilərə və qəzetlərə şifrəli mesajlar göndərməklə tanınan naməlum "Zodiac Killer" in 2018-ci ildə vəfat edən Gary Francis Poste olduğunu iddia etdi.

Polisdəki şəkillər ilə evdə tapılan fotolar üt-üstə düşür.

Gary Francis Postenin evinin qaranlıq otağında tapdıqları fotoşəkillərdə alnındakı yara izləri ilə, Zodiac Killerin polisdəki rəsmlərinin uyğun gəldiyini qeyd edən qrup Posteni 1966-cı ildəki cinayətlə əlaqələndirdiklərini açıqladı.

O, 37 qətl törətdiyini iddia edib.

1968 və 1969-cu illərdə San -Fransiskoda baş verən 5 cinayət Zodiac Qatili ilə əlaqəli idi. Bununla birlikdə, serialı qatil San Francisco Chroniclə göndərdiyi mesajlardan birində 37 cinayət törətdiyini iddia etdi. Zodiac Killer onilliklər ərzində kitablar, sənədli filmlər və filmlərin mövzusu olmuşdur.

 

A- A A+