Bu gün:

ABŞ və İngiltərədən Kabil xəbərdarlığı

ABŞ və İngiltərədən  Kabil xəbərdarlığı

ABŞ və İngiltərə,  vətəndaşlarına Kabildəki otellərlə bağlı təhlükə barədə xəbərdarlıq etdilər.

Mubahise.az  “Agence France-Presse ”ə   istinadən xəbər verir ki, ABŞ və İngiltərə bu gün vətəndaşlarına Əfqanıstanın paytaxtı Kabildəki otellərdən, xüsusən də məşhur Serena otelindən uzaq durmaları barədə xəbərdarlıq etdi.

ABŞ Dövlət Departamenti bölgədəki “təhlükəsizlik təhdidlərinə” toxunaraq: “Serena Oteldə və yaxınlığında olan ABŞ vətəndaşları dərhal mövcud yerlərini tərk etməlidirlər”,- dedi.

İngiltərə Xarici, Birlik və İnkişaf Bürosu dedi: "Artan riskləri nəzərə alaraq, xüsusilə Kabildə (Serena Hotel kimi) otellərdə qalmamaq tövsiyə olunur”.

Sözügedən otel iki dəfə Taliban hücumlarının hədəfi olub.

A- A A+