Bu gün:

“Alpinist”in oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub - 158 min aparıb

“Alpinist”in oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub

Xəbər verdiyimiz kimi, dünən alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub.

Mubahise.az  Qafqazinfo”ya istinadla xəbər verir ki, Cavid Süleymanov və Əhməd Əhmədovun oğurluq etdiyi evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb. 

Cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. C.Süleymanov 2016-cı ildə xarici ölkədə alpinist hazırlayan kurslarda iştirak edib. Əhməd Əhmədov isə binaların ətrafında dayanaraq gözətçilik edirmiş.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev ötən ilin noyabrında öz ərizəsi ilə vəzifəsindən azad olunub. O, Yoluxucu Xəstəliklər kafedrasının müdiri vəzifəsinə təyin olunub. 

A- A A+