Bu gün:

Arbitraj dinləmələrinin virtual reallığı - Maarifləndirmə

Arbitraj dinləmələrinin virtual reallığı

Təcrübəçilərin və müştərilərin virtual dinləmələrlə bağlı qarşılaşdıqları bir çox praktik mülahizələr var.

Mediasiya.az nəzərdən keçirilməli olan bəzi vacib məsələləri özündə cəmləşdirən məqaləni təqdim edir:

● Texniki tərəflər:

Məhkəmə üçün dinləmə platforması da daxil olmaqla əvvəlcədən planlaşdırılması lazım olan müxtəlif texniki cəhətlər var: elektron sübutların təqdimatı, tərcümələr, qeyd və köçürmə. Bu texniki cəhətlərin əksəriyyəti dinləmənin qanuni aspektlərinə diqqət yetirməli olan vəkillərdən daha çox peşəkarlara həvalə olunur. Məsələn, büdcə imkan verirsə, vəzifəsi dinləmənin texniki cəhətlərinin rahat işləməsini təmin etmək üçün təyin olunmuş bir şəxs olmalıdır. Belə şəxslər məsuliyyətli olmalı və elektron sübutun təqdimatı, səssizə alma və iştirakçının səsinin açılması,virtual otaqların açılması və iştirakçıların dinləməyə girişinin təmin edilməsi kimi məsələləri həll etməlidir. Vəkillər virtual platformanı əvvəlcədən test etməli və əmin olmalıdır ki, onların kamerası,mikrafonu və internet bağlantısı işləyir, məhz bunun sayəsində dinləmə günü onlar bütün diqqətlərini dinləmənin hüquqi aspektlərinə verməyə nail ola bilərlər.

● Məxfilik məsələləri:

Məxfilik böyük bir narahatlıq doğurur və virtual dinləmələr norma halına gəldiyindən bu narahatlıqların həllinə daha çox diqqət ayrılacağı gözlənilir. Dinləmə prosesinin məxfiliyi üçün texniki təminat komandasıyla məsləhətləşmək məqsədə uyğundur ,hansı ki buna virtual dinləməyə və elektron təqdimata giriş kodu ,iştirakçıların ekran görünümü və məhkəmə tərəfindən səsyazılarının və video yazının qadağan olunması aiddir. Səsyazmalara icazə verilirsə, bu yazıların yayımlanması şərtlərini müzakirə edən razılaşdırılmış bir protokol olmalıdır.


● Müştərilər, şahidlər və texniki təminat komandasıyla münasibətlər:

Covid-19-dan əvvəlki dövrdə müştərilər, şahidlər və komandayla ünsiyyətin məhkəmə zamanı vəkilə ötürülməsi üçün əvvəlcədən planlaşdırılmağa ehtiyacı yox idi. Bununla birlikdə, fərqli yerlərdə yerləşən hər kəslə, istər bir e-poçt , istər WhatsApp, Microsoft Teams və ya oxşar tətbiq, istər virtual otaq, istərsə də ani mesajlaşma funksiyası vasitəsi ilə dinləmə zamanı hər zaman əlçatan bir əlaqə kanalının olmasını təmin etmək vacibdir.


● Dinləmə prosesi:

Virtual dinləməyə uyğunlaşmaq biraz vaxt tələb edə bilər. Texniki prosesə əlavə olaraq kompüter qarşısında uzun müddətli virtual dinləmələr şahidlər, tərcüməçilər, müxbirlər və vəkillər də daxil olmaqla hər kəs üçün yorucu və gərgin ola bilər. Fasilələr vermək və müəyyən hallarda dinləməni yarım gün ilə məhdudlaşdırmaq vacibdir.

● Şahidlərin və dəlillərin təqdimatı:

Şahid ifadələri və sübut təqdimatı da yeni təqdimat formatına uyğunlaşmaq və effektivliyi qorumaq üçün yenidən qiymətləndirilməli ola bilər. Diqqətli planlaşdırma və praktika uğurlu bir virtual təqdimat üçün vacibdir. Vəkil ekran paylaşımı kimi texniki funksiyaları sınaqdan keçirməli və texniki heyəti ilə müzakirə etməlidir. Texniki məsələlərin mümkünlüyünü nəzərdən keçirmək və bu məsələlər, həqiqətən, baş verərsə, B planını hazırlamaq məsləhətdir. Məsələn, bir şahid video bağlantısını itirirsə, protokol icazə verərsə, şahidin telefonla ifadə verməsinə hazırlıqlı olun. Bundan əlavə, şahidlərin dürüstlüyünü təmin etmək üçün xüsusi dinləmə mərkəzlərinin və ya başqa bir şəkildə neytral yerlərin istifadəsini, şahidin məşq edilmədiyini təsdiqləmək üçün ikinci bir kameranın və ya monitorun istifadəsini əhatə edən tədbirlər görülməlidir.
Canlı sorğu proseslərinə nə zaman qayıdacağımız bəlli deyil. Bu situasiyada virtual dinləmələr qısa müddətdə əlverişli bir həll ,alternativ olaraq qalmaqdadır. Nəticə etibarilə müştərilərin təqdimatlarının rahat və ən təsirli keçməsini təmin etmək üçün bu cür dinləmələrin bir çox aspektləri ilə tanış olmaları lazımdır.

Qeyd: Bu fəaliyyətlər anqlo-sakson sistemli ölkələr üçün keçərlidir.

A- A A+