Bu gün:

Asan Xidmət təmizlikçilərə 800 min ödəyib - Ayda 27 min

Asan Xidmət təmizlikçilərə 800 min ödəyib

"Gələn dəfə ASAN Xidmətə gedəndə binanı çirkləndirməyin".

Mubahise.az xəbər verir ki bunu ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

O qedy edib ki, ASAN-ın Elektron Hökumətin İnkişafı Mərkəzi 2019-cu ildə 215590 AZN, 2020-ci ildə 258830 AZN, 2021-ci ildə isə 329853 manatlıq təmizlik işləri satın alıb. Bura eyni binanın 12 ay ərzində təmizlənməsi, çöl şüşələrin üç ayda bir dəfə təmizlənməsi daxildir. 2 ildə eyni binanın təmizlənmə xərcləri 114263 manat artıb. Ayda təxminən 9500 AZN fərq yaranıb, indi binanın təmizliyi ayda 27 min manata başa gəlir.

5 saylı ASAN Xidmətin binasının illik təmizlənməsi 241200, aylıq 20100 manata başa gəlir. 4 saylı ASAN Xidmətin binasının təmizlənməsi illik 222420, aylıq 18535 manata başa gəlir.

ASAN Xidmətin regional ofisləri - Bərdədə 162 min manat, Şamaxıda 206 min manat, Tovuzda 218 min manat və s. başa gəlirmiş.

A- A A+