Bu gün:

"Audi"nin Azərbaycandakı rəsmi idxalçısı məhkəməyə verildi

|| Oxunma: 320

Audi avtomobillərin rəsmi Azərbaycandakı rəsmi idxalçısı “Dream Auto” MMC məhkəməyə verilib.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb. 

Protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir. 
 

A- A A+