Bu gün:

Avtonəqliyyat vasitələrinin icbari sığortasından Kassasiya şikayəti verilə bilməyəcək

Avtonəqliyyat vasitələrinin icbari sığortasından Kassasiya şikayəti verilə bilməyəcək

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən mubahise.az a verilən məlumata görə, Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir.

Dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kassasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur. Belə ki, Kassasiya şikayətilərinin hədləri 5 min manata qalxarsa o zaman vətəndaşlar Avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə Kassasiya şikayəti verməkdən bütünlüklə məhrum olacaqlar. Çünki bu növ sığorta ödənişinin maksimal həddi  5 min manatdır.

A- A A+