
AZAL rəhbərliyi cərimələndi
|| Oxunma: 365

Dövlət Gömrük Komitəsi "Azərbaycan Hava Yolları"nı QSC (AZAL) cərimələyib.
Mubahise.az xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Belə ki, AZALA İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
AZAL rəhbərliyi ölkəyə gətirdiyi malın bəyannaməsini təqdim etməyib.
Məhkəmə protokolu təmin edəcəyi təqdirdə, AZAL-ı 1500 manatadək cərimə gözləyir.