Bu gün:

Azərbaycan əhalisi 7 ayda 107 milyon manatlıq - Kompüterlər Alıb

Azərbaycan əhalisi 7 ayda 107 milyon manatlıq - Kompüterlər Alıb

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-iyul aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 193.9 milyon manat xərcləyib.

Mubahise.az Banker.az-a  istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Belə ki, ötən ilin 7 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 18.6% artıb.

2021-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

A- A A+