Bu gün:

Azərbaycan əsgərlərini ermənilərlə sərhəddə kim tək qoyub? - “Dərinizə saman təpəcəklər” - Ekspertdən açıqlama+Video

Azərbaycan əsgərlərini ermənilərlə sərhəddə kim tək qoyub?

Ermənistanla sərhəddə Azərbaycan ordusuna məxsus yerləşmədə xidmət edən 10-dan az əsgər və onların məskunlaşdığı bir çadıra 50-dən çox erməni əsgəri hücum edib.

Mubahise.az xəbər verir ki, bu zaman erməni hərbçilər Azərbaycan əsgərlərini döyüb və fiziki təzyiq göstəriblər. Daha sonra bu anın görüntülərini ermənilər sosial şəbəkələr yayıb.

Hərbi ekspert Ədalət Verdiyev məsələyə münasibət bildirərək deyib ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qazandığı möhtəşəm Qələbəyə 1-2 nəfər yerində olmayan şəxs kölgə salmağa cəhd edir: “Bu eyni şəxslər tərəfindən törədilən ilk və ya ikinci cəhd deyil. Əmin olun, nəticəsi ağır olacaq.

Ərazidə yerləşmə və müdafiənin təşkili sadəcə 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaq demək deyil. Bu proseslər onilliklər boyu qanla yazılıb. Döyüş təminati sıfırdır. Mühəndis işləri görülməyib, mövqelər yoxdur, rabitə təşkil edilməyib, qarşılıqlı əlaqədən danışmağa dəyməz, müşahidə məntəqəsi və atəş sektoru yoxdur, komandir də görünmür. Texnika və dəstək barədə danışmağa dəyməz. Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmadı? Niyə 3 dəqiqəyə ehtiyatlar ora yeridilmədi? Boşluqları saymaqla bitməz. Cavabdehlərə qarşı fikrimi ifadə etməyə söz tapmıram. Amma bilirəm ki, o əsgərlər təxris olunandan sonra dərinizə saman təpəcəklər.

Real gərgin vəziyyətdə 5-6 əsgəri, sağ və sol tərəfi açıq şəraitdə, texnikasız və müdafiə qurğuları olmadan düşmən önündə yerləsdirmək axmaqlıqdır.

Müharibə zamanı erməninin başını əzməyənlər, əsgərimizin təhqir edilməsini kimsə sizə bağışlamaz. Vicdanınız varsa, zabit sərəfinin tələbini yerinə yetirin. Yoxdursa, o erməni dəbilqəsi sizin başınıza dəysin”.

***

Sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən "Qafqazinfo"ya bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:

"Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb".

Qeyd edək ki, ermənilər tərəfindən məqsədyönlü və təxribat məqsədilə yayılan görüntülərdə əsgərimizlə qarşıdurma yer alıb.

Ordumuzun hazırda nəzarət etdiyi ərazidən video:

 

A- A A+