Bu gün:

Azərbaycanda 5 bankın aktivləri - 1 Milyard Manatdan Çoxdur

Azərbaycanda 5 bankın aktivləri

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivləri 1 milyard manatdan çox olub.

Mubahise.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 856,003 milyon manat), “PAŞA Bank” (5 944,17 milyon manat), “Kapital Bank” (5 713,775 milyon manat), “Xalq Bank” (2 222,172 milyon manat) və “Bank Respublika” (1 214,622 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 7-də aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 12 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır. 

A- A A+