Bu gün:

Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır - İllər üzrə STATİSTİKA

Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 119,1 min nəfər olub və bunların 7,1%-ni və ya 716 min 391 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Mubahise.az xəbər verir ki, Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, 12 il əvvəl Azərbaycan əhalisinin sayı 8 milyon 997,6 min nəfər olub və bunların 9,5%-ni və ya 858 min 650 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Qeyd edək ki, son 12 ildə - 2010-2021-ci illər ərzində Azərbaycan əhalisini sayı 12,5% və ya 1 milyon 121,5 min nəfər artıb. Lakin, bu dövürdə, yəni 2010-2021-ci illər ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 16,6% və ya  142 min 268  nəfər azalıb.
Aşağıdakı cədvəldə 2010-2021-ci illər ərzində Azərbaycanda əhalinin ümumi sayı və yaşa görə pensiya alanların sayı göstərilib:

Tarix Əhalinin ümumi sayı (min nəfər) Yaşa görə pensiya alanların sayı (nəfər)
01.01.2010 8  997,6 858 659
01.01.2011 9 111,1 831 122
01.01.2012 9 235,1 812 771
01.01.2013 9 356.5 800 547
01.01.2014 9 477,1 791 263
01.01.2015 9 593 785 068
01.01.2016 9 705,6 781 238
01.01.2017 9 810 781 957
01.01.2018 9 898,1 780 756
01.01.2019 9 981,5 757 397
01.01.2020 10 067,1 742 030
01.01.2021 10 119,1 716 391


Məlumat üçün bildirək ki, əhalinin sayı artdığı halda yaşa görə pensiya alanların sayının azalmasının əsas səbəbi Azərbaycanda pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.
Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.
Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Nəticədə son 10 ildə kişilərin pensiya yaşı 62 yaşından 65 yaşına, qadınların yaş həddi isə 57 yaşından 62 yaşa (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.

A- A A+