Bu gün:

Azərbaycanda həyat sığortası 16%, qeyri-həyat sığortası isə 5% artıb

Azərbaycanda həyat sığortası 16%, qeyri-həyat sığortası isə 5% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 134,305 milyon manat sığorta haqqı toplanılıb.

Mubahise.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 16,1% çoxdur.

Ötən 4 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 204,802 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,7% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2 dəfə artaraq 102,051 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 77,738 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 76 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-aprel aylarında müvafiq olaraq 43,2 manat və 28,4 manat olub.

A- A A+