Bu gün:

Azərbaycanda Mediasiya haqqında qanun nə zamandan tətbiq ediləcək?

Azərbaycanda Mediasiya haqqında qanun nə zamandan tətbiq ediləcək?

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Mubahise.az-ın verdiyi xəbərə görə, bundan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Cavab "xeyr" olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.

Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq.

İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquq sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.

A- A A+