Bu gün:

Azərbaycanda mediasiyanın inkişafı: - Problemlər və perespektivlər

Azərbaycanda mediasiyanın inkişafı:

Məlum olduğu kimi mediasiya və mediasiya prosesində bağlanılan mediasiya razılaşması - barışıq sazişi Azərbaycan hüququnda yeni təzahürdür.

Mubahise.az təlimçi mediator, vəkil İlhamə Həsənovanın  sosial şəbəkə hesabına  istinadən xəbər verir ki, mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli vasitəsi kimi dünya təcrübəsində çox yayılmış olmasına baxmayaraq ,həmin proses  hələ də bir çox ölkələrdə qanunvericilik səviyyəsində detallı şəkildə  tənzimlənmir. Bizim ölkəmizdə bu institut yenicə tətbiq olunur. Bu təcrübənin bir çox xarici ölkələrdə  olduğu kimi bizdə də geniş tətbqinə nail olunması  ölkəmizdə mediasiyanın təşkilatlanmış və yaxşı koordinasiya olunmuş şəkildə təbliğatını tələb edir. Vətəndaşlarımız mediasiya ilə bağlı daha çox maarifləndirilməlidirlər. Təhlillər göstərir ki,ölkəmizdə mediasiyanın formalaşmasında   bir sıra manelər mövcuddur:

- İlk növbədə  bu sahəni tənzimləyən normativ aktların kasadlığı. Bununla yanaşı ölkə qanunvericiliyində barışıq proseduru kimi mediasiyanın mahiyyəti və məqsədləri tam açıqlanmamış,həmçinin bu sahəni tənzimləyən normaların vahidliyi və sistemliyi təmin olunmamışdır.

- İnformasiya problemini qeyd etmək lazımdır. İnformasiya təminatının çatışmamazlığı mediasiyanının inkişaf dinamikasına mənfi təsir göstərir. Bütün bu və ya digər problemlər Mediasiya Şurasının yaxın 5 il üçün nəzərdə tutduğu Fəaliyyət Proqramının prioritet istiqamətləridir və bu məsələlərin həlli istiqamətində işçi qruplar yaradımışdır. Rəhbəri olduğum “Mediasiya xidmətlərinin göstərilməsi zamanı  təcrübədə rast gəlinən problemlərn öyrənilməsi, təhlil  edilməsi və ümumiləşdirilərək təkliflər paketinin hazırlanması” işçi qrupu və mediasiyanın inkişafı istiqamətində digər məsələlərin həlli məqsədi ilə yaradılan başqa işçi qruplar artıq  fəaliyyətə başlamışlar. Hesab edirik ki” Mediasiya haqqında” Qanunun tətbiqi təcrübəsi ilə bağlı müəyyən izahların, rəylərin, tövsiyyələrin hazırlanması   zəruridir. Bundan əlavə mediasiya institunun inkişafına  aşağıda göstərilən bir sıra məslələrin tətbiqi müsbət təsir göstərə bilər:

- Xüsusən məlumatlandırma hissəsində hakim korpusunun imkanlarından istifadənin effektivliyinin artırılması;

- Mübahisələrin mediasiya qaydasında həllini tənzimləyən normativ aktlarla tanış olma,həmçinin bu və ya digər mübahisənin həlli ilə bağlı tam məlumat əldə etmə  imkanı yaradan informasiya mühitinin yaradılması;

- Göstərilən sahədə iş tarixçələri ilə birlikdə ən yaxşı mediatorların reytinqinin yaradılması;

 - İxtisaslaşmış mediatorların tədrisi məqsədilə  mediasiya  elmi təlimlərin yaradılması.

Hazırda Azərbaycanda mediasiyanın ilkin formalaşma mərhələsində olduğunu anlamaq çox vacibdir. Mediasiyanın qarşılaşdığı bu və ya digər problemlərin həlli prosessual qanunvericiliyə   zəriri əlavələr və  dəyişikliklər tələb edir.

Bu arada qeyd olunmalıdır ki, mediasiya prosedurunun geniş və uğurlu tətbiqi məhkəmələrin iş yükünü azaltmağa, mülki, iqtisadi hüquq münasibətləri və sahibkarlıq sferasında yaranan mübahisələri  əməkdaşlıq və qarşılıqlı etibar, qanunlara hörmət şəraitində həll etməyə imkan verəcək. Mediasiya institunun müsbət inkişaf dinamikasının təmin edilməsi onun inkişafı yollarının müəyyən edilməsini,hazırki mərhələdə məlumat və izah xarakterli  tədbirlərin görülməsini tələb edir. Bununla yanaşı, mediasiya institunun inkişafında maraqlı və məsul olan qurumlar, təşkilatlar mediasiyanın inkişafı ilə bağlı məsələlərin müzakirəsini təşkil edib keçirmklə əldə edilən nəticələr əsasında bu institutun inkişafı üçün konkret tədbirlər planı hazırlamalıdırlar.Mediasiyanın hüquqi tənzimləmə səviyyəsindəki alətləri xüsusi hüquq sahəsi kimi proqressiv inkişaf statusu əldə etmişdir. Bu alətlərin qanunvericilik səviyyəsində təsbit olunması və möhkəmləndirilməsi ,mediasiya institununun geniş tətbiqini təmin edəcək. Eyni zamanda mediasiya prosedurunun nəticələrinin-yəni bu prosesdə əldə edilən barışığın icrasının reallaşdırılması imkanlarının təmin edilməsi zəruridir. Mediasiya razılaşması icra olunan, reallaşan olmalıdır. Bu razılaşmanın kağız üzərində qalamqla heç bir faktiki  hüquqi nəticə yaratmaması, bu razılaşma əsasında müəyyən edilən hüquqların qeydə alınmaması, tanınmaması bu instituta inamı kəskin azalda bilər. İnsanlar bu gün mediasiyaya həvəslə, inamla gələrək, burada barışıq sazişi bağlayırlarsa, həmin sazişdən irəli gələn hüquqların gerçəkləşdirilməməsi, bu prosesin tətbiqindən gözləntilərin özünü doğrultmaması, mediasiyaya inamı və ehtiyacı yox edir. Odur ki, mediasiya razılaşmasının şərtlərinin dövlət qurumları, qeydiyyat orqanları, digər hüquqi və fiziki şəxslər tərəfindən də tanınaraq icra edilməsi mexanizminin yaradılması təxirasalınmaz məsələdir. Bundan əlavə mediasiya sazişinin qanuni, icra oluna bilən və digər üçüncü şəxslərin mənafeyinə toxunmayacaq şəkildə tərtibi mediatorlardan yüksək hüquqi hazırlıq və peşəkarlıq tələb edir. Kifayət qədər hüquqi hazırlığın olmaması halında medatorlar bu mərhələdə hüquqşünas mütəxəssisin köməyindən istifadə etməkdən çəkinməməlidirlər.

Mediatorların peşə hazırlıqlarının artırılması, onlarla müntəzəm təlimlərin, seminarların keçirilməsi vacib məsələdir. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Mediasiya Şurası bu istiqamətdə  konkret  tədbirlər planı əsasında uğurlu fəaliyyət göstərməkdədir.

A- A A+