Bu gün:

Azərbaycanın bank kartlarının sayı 10 milyonun astanasında

Azərbaycanın bank kartlarının sayı 10 milyonun astanasında

Azərbaycanda bank kartlarının sayı tarixi rekord yeniləməklə 10 milyonun astanasındadır.

Mubahise.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı statistik informasiya yayıb.

1 may 2021-ci il tarixinə ölkədə bank kartlarının sayı 9 milyon 898 min ədədə çatmışdır. Bu son bir ay ərzində 129 min (1.32%), illik isə 1 milyon 829 min ədəd (23%) artmışdır.

Bank kartlarının 3 milyon 514 min ədədi sosial (son ay ərzində artımlar: 1.6%), 2 milyon 606 min ədədi əməkhaqqı (0.3%), 1 milyon 164 min ədədi kredit (1.8%) və 2 milyon 614 min ədədi isə digər (1.7%) kartlar təşkil etmişdir.

Bununla da debet və kredit kartları ilə aparılan əməliyyatların sayı isə 25 milyon 278 min, yaxud 2 milyon 710 min manatlıq həcmi əhatə etmişdir.(banker.az)

A- A A+