Bu gün:

Azərbaycanın sığorta bazarında 4 ayda yığılan 339 milyon 107 min sığorta haqqının - 199 milyon 269 min i 1 holdinqin 2 şirkətinin payına düşüb

Azərbaycanın sığorta bazarında 4 ayda yığılan 339 milyon 107 min sığorta haqqının

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 339 milyon 107 min manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 58,7%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. 
Mubahise.az  Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 199 milyon 269 milyon manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 4-lüyünü 39,96 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 18,37 milyon manatlıq yığımla "Qala Sığorta" və 15,48 milyon manatlıq yığımla "Atəşgah Həyat” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 80,5%-i adları qeyd olunan 4 şirkətin əlində cəmlənib. Bu ilin ilk 4 ayında 4 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 273,1 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 147 min manatlıq yığımla "Meqa Həyat Sığorta”, 654 min manatlıq yığımla "Naxçıvansığorta",  979 min manatlıq yığımla "Aqrar Sığorta" şirkətləri olub.

A- A A+