Bu gün:

Azərsığorta şirkətində kadr dəyişikliyi baş verib - Eksklüziv

Azərsığorta şirkətində kadr dəyişikliyi baş verib

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan Dövlət Sığorta Kommersiya şirkətində kadr dəyişikliyi baş verib.

Mubahise.az-ın əldə etdiyi məlumata görə  şirkətin hüquq departamentinin müdiri Mirzəyev Əfqan Adil oğlu vəzifəsidən getmişdir.  Onun yerinə hələlik təyinat olmayıb.  

Əfqan Mirzəyev 06.10.1972-ci ildə Bakı şəhərində anadan olub. 

2007-ci ildən Dövlət Sığorta Şirkətinin baş hüquqşünası vəzifəsində çalışıb.

2009-cu ildən Şirkətin Hüquq departamentinin direktoru vəzifəsində işləmiş,

2012-ci ildən Şirkətin Hüquq və kadr departamentinin direktoru

vəzifəsində, daha sonra isə Hüquq departamentinin müdiri vəzifəsində işləyib. 

Eyni zamanda sığorta şirkətində İdarə Heyətinin üzvü də olmuşdur. 

A- A A+