Bu gün:

Azərsığorta şirkətinin hüquq departamentinə rəhbər təyin edilib Foto

Azərsığorta şirkətinin hüquq departamentinə rəhbər təyin edilib

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan Dövlət Sığorta Kommersiya şirkətində kadr dəyişikliyi baş verib.

Mubahise.az-ın əldə etdiyi məlumata görə  şirkətin hüquq departamentinin müdiri Mirzəyev Əfqan Adil oğlu vəzifəsidən gedib, onun yerinə isə  şirkətdə Məhkəmə iddiaları və subroqasiya şöbəsinin müdiri kimi çalışan Mustafazadə Fərid Tofiq oğlu rəhbər təyin edilib.

Fərid Mustafazadə 24.05.1986-cı ildə Bakı şəhərində anadan olub. 

 2015-2016-cı illərdə  Rəvan Sığorta şirkətində hüquqşünas,

 2016-2018-ci illərdə Azərbaycan Sənaye Sığorta şirkətində hüquqşünas,

 2018-2020 ci illərdə Günay Sığorta şirkətində Hüquq şöbəsinin müdiri,

 2020-2021-ci illərdə Standart İnsurance  Sığorta şirkətlərində Hüquq Departamnetinin müdiri kimi işləyib. 

A- A A+