Bu gün:

Azsığorta ASC "təcrübəçi hüquqşünas” axtarır - 3 aylıq pulsuz işləmək

Azsığorta ASC

AZSIĞORTA” ASC mütəmadi olaraq sosial təşəbbüs və layihələrin icrasını təmin etmək məqsədilə Təcrübə Proqramlarını həyata keçirir. Cəmiyyətin Hüquq Xidmətində keçiriləcək bu Təcrübə Proqramında iştirk etmək üçün ali məktəb məzunları və tələbələr müraciət edə bilər. 3 ay müddətində keçiriləcək Təcrübə Proqramı çərçivəsində seçilmiş şəxslərlə xüsusi müqavilə bağlanılır və bu şəxslər təcrübəli hüquqşünasların rəhbərliyi altında fəaliyyət göstərirlər. Cəmiyyətin təcrübəli əməkdaşları ilə birgə çalışmaq peşəkar kimi formalaşmağınıza imkan yaradacaqdır. Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, bacarıq və şəxsi qabiliyyətinizlə fərqlənə biləcəyiniz təqdirdə AZSIĞORTA ASC-də işlə təmin olunmaq şansı qazancaqsınız.

Qeyd: Proqrama qoşulmaq istəyən namizədlərdən 05 may 2021-ci il tarixinədək cv@azinsurance.az elektron ünvanına CV-lərini göndərmələri xahiş olunur. Namizədlərin göndərdikləri müraciətlərin “Subject” bölməsində mütləq “təcrübəçi hüquqşünas” qeyd edilməlidir.

A- A A+