Bu gün:

AZSIĞORTA-nın İdarə Heyətinin sədri: “Biz məhsul yox, xidmət satmaq istəyirik” - MÜSAHİBƏ

AZSIĞORTA-nın İdarə Heyətinin sədri: “Biz məhsul yox, xidmət satmaq istəyirik”

Xəbər verildiyi kimi, bir neçə ay öncə AZSIĞORTA-nın İdarə Heyətinin yeni tərkibi formalaşıb. İdarə Heyətinə yeni sədr və müavinlər təyin olunub. 

Mubahise.az AZSIĞORTA-nın İdarə Heyətinin yeni sədri Yusif Soltanovun fed.az a verdiyi müsahibəni təqdim edir.

- Yusif müəllim, öncə fürsətdən istifadə edib, sizi yeni təyinatınız münasibəti ilə təbrik etmək istəyirəm. Lakin müsahibəmizi əvvəlki dövrə aid sual ilə başlamaq istəyirəm. Pandemiyanın şirkətinizə təsirini necə qiymətləndirirsiniz?

-Təbrikinizə görə təşəkkür edirəm. Mən də fürsətdən istifadə edərək, AZSIĞORTA-nın Səhmdarına və Direktorlar Şurasına mənə göstərilən etimada görə təşəkkür etmək istəyirəm.

Pandemiyaya gəldikdə isə həqiqətən çox çətin dövr yaşadıq. Deyərdim ki, turizm və iaşə sahasindən sonra ən böyük zərbə kiçik və orta sahibkarlıq subyektlərinə dəydi, bu da bizim əsas müştəri seqmentimizdir. Xidmət sektoru, ticarət obyektləri, idman və əyləncə məkanları işləmədiyi halda, sözsüz ki, onların sığortalanması gündəmdə deyildi.

Eyni zamanda, sığorta hadisələri baş verməkdə davam edirdi və biz sığorta ödənişlərini edirdik, sığorta yığımlarını isə toplaya bilmirdik. Sığorta ödənişləri və işçi heyəti istisna olmaqla, bütün digər xərclərdə mümkün optimallaşdırmanı apardıq. Bu tədbirlərin və şirkətin yüksək kapitallaşması hesabına ən çətin dövrü adlaya bildik.

Karantin məhdudiyyətləri mərhələli şəkildə götürüldükdə isə uzun illər ərzində müştərilərlə qurulan münasibətlərimiz imkan verdi ki, sığorta yığımlarımızı qısa zamanda bərpa edək.

-İdarə Heyətiniz yenilənib. Yeni təyinatlardan nə gözləyirsiniz?

- Bəli, komanda tam olaraq yenilənib, mənim təyinatım üç ay öncə olub, sədr müavinləri isə may ayının əvvəlində vəzifəyə keçiblər. Yeni İdarə Heyəti AZSIĞORTA-da çalışan əməkdaşlardan formalaşıb.

Qoşqar Şəkərəliyev 2017-ci ildən AZSIĞORTA ASC-də çalışır. 2002-ci ildən bir neçə sığorta şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində çalışaraq “Aqrar Sığorta” layihəsinın hazırlanmasında iştirak edib. İqtisad üzrə fəlsəfə doktorudur.

Elbrus Fərzəliyev iş fəaliyyətinə Naxçıvan MR, Maliyyə və İqtisadiyyat Nazirliyində başlayıb. Uzun müddət Naxçıvan MR, Nazirlər Kabinetində dövlət qulluğunun müşaviri olaraq müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən AZSIĞORTA ASC-də çalışır. Ötən həftə isə 96 bal toplamaqla, həm Mərkəzi Bankın attestasiyasını müvəffəqiyyətlə bitirib, həm də namizədlər arasında ən yüksək nəticə göstərib.

Gördüyünüz kimi, yeni İdarə Heyəti həm sığorta sahəsini, həm də şirkəti dərindən tanıyır. Bu iki faktor artıq yüksək nailiyyətlərə gətirib və əminəm ki, gələcəkdə də fəaliyyətimizin uğurlu olmasını təmin edəcək.

- Artıq əldə etdiyiniz nailiyyətləri qeyd etdiniz. Nəyi nəzərdə tutursunuz?

- Yeni komanda üç aydır ki, birlikdə çalışır və bu müddət ərzində həqiqətən ciddi dəyişikliklər baş verib. İlk növbədə biz sığorta sahəsinin yaralı yeri – hadisələrin tənzimlənməsi ilə məşğul olduq. Proseslərdə dəyişikliklər etdik. Nəticə olaraq, tənzimlənmə sürətini kəskin artıra bildik. Sektordan bunun əks-sədasını artıq eşidirik.

SMS məlumatlandırma üzrə servisi işə saldıq – müştərilərimizə tənzimləmə işinin hər mərhələsində SMS-bildiriş göndəririk. Bu müştərilərin məlumatlı olmağına xidmət edir və müəyyən dərəcədə rahatlıq hissi verir.
Ən vacib hesab etdiyim nailiyyətlərdən biri öncə qeyd etdiyim uğurların baris nümunəsidir – Nəzarətedici orqana şirkətimiz haqqında edilən şikayətləri minimuma endirmişik, halbuki vaxtı ilə bu şikayətlər həddindən artıq çox idi.
Hadisələrin tənzimlənməsi ilə bağlı olmayan bir sıra digər daxili prosedurları da təkmilləşdirmişik və təkmilləşdirməkdə davam edirik.

- AZSIĞORTA-nın rəqabət üstünlü yü kimi nəyi qeyd edərdiniz?

- Tarixən rəqabət üstünlüklərimizdən biri təcrübəli və şirkətə loyal əməkdaşlardan ibarət satış komandasıdır. AZSIĞORTA-nın 7 filial və 2 nümayəndəliyi fəaliyyət göstərir. Öncə qeyd etdiyim kimi, məhz bu komandanın illər boyu müştərilərlə qurduğu işbirliyi karantin sonrası sığorta yığımlarımızı qısa zamanda bərpa etməyə imkan verdi.

Digər üstünlüyümüz etibarlı tərəfdaş olmağımızdır. Biz sığorta sahəsində bir sıra rekord sığorta ödənişi edən şirkətik - bu ay Sobsan şirkətinə 1,7 mln. AZN sığorta ödənişi edilib. Bu barədə hətta biz Sobsan ilə birlikdə mətbuata açıqlama vermişdik. 2018-ci ildə isə qida sektorunda çalışan şirkətə 900 min AZN-dən artıq ödəniş etmişik. Əvvəlki illərdə də bir sıra iri ödənişlərimiz olub.
Lakin təkcə məbləğ önəmli deyil. Bu yaxınlarda fəxr etdiyimiz bir nailiyyətə imza atmışıq –Şuşada ilk sığorta ödənişini etmişik. Bu sığorta ödənişi illər boyu işğal altında olan vətənimizin bir parçasına həyatın qayıtmasına işarə edən daha bir simvoludur.

- Gələcəyə baxsaq, hansı planlarınız var? Növbəti hədəflərizin nədir?

- Mən gələcək haqqında çox danışmağı və söz verməyi xoşlamıram. Həyat prinsiplərimə görə, nəyi isə sözlə yox, əməllə sübüt etmək lazımdır. Yeganə onu deyə bilərəm ki, ötən üç ayda olduğu kimi, qarşımıza qoyduğumuz əsas hədəf eyni qalır – xidmət səviyyəsi. Biz məhsul yox, xidmət satmaq istəyirik. Ona görə biz əlimizdən gələni edirik və edəcəyik ki, AZSIĞORTA nümunəvi şirkət olsun.

A- A A+