Bu gün:

“Azsığorta”nın İdarə Heyətinin tərkibi dəyişdirilir

“Azsığorta”nın İdarə Heyətinin tərkibi dəyişdirilir

“Azsığorta” ASC-nin İdarə Heyəti sədrinin müavinlərindən biri vəzifəsini tərk etdi, yeni iki müavin təyin edilib.

Mubahise.az xəbər verir ki, “Azsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini olan Kamran Məmmədov da vəzifəsindən kənarlaşıb.

Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, 2021-ci ilin martında Natiq Namazovun istefası ardından, onun müavini olmuş Yusif Soltanova şirkətə sədrlik həvalə edilmişdi.

Banker.az-ın əldə etdiyi digər məlumata görə, sığorta şirkətinin maliyyəsinə nəzarət edən Təftiş Komissiyasının da üzvlərindən biri Kərimov Famil Qalib oğlu istefa verib.

A- A A+