Bu gün:

“Bakı Sığorta” şirkəti satış mütəxəsisi axtarır VAKANSİYA

“Bakı Sığorta” şirkəti satış mütəxəsisi axtarır

Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan «Bakı Sığorta” Şirkəti ASC “Könüllü sığorta satışları üzrə mütəxəssis” tələblərinə uyğun olan namizədlər axtarır:

Namizədə tələblər:

• Yaş: 21-35
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır) və İngilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

• Müştərilərə gedəcək sənədlərin (müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı razılıq əsasında müəyyən ediləcək.


• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini  hr@bakisigorta.az  - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  “Könüllü sığorta satışı üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

A- A A+