Bu gün:

Bakıda bu ərazidə hərəkət məhdudlaşdırılır Söküntü işləri aparılacaq

Bakıda bu ərazidə hərəkət məhdudlaşdırılır

Bakıda 26.10.2021-ci il tarixində  saat 21:30-dan etibarən A.Nemətulla 32 ünvanında hərəkət məhdudlaşdırılır.

Mubahise.az Bakı Dövlət Yol Polisi İdarəsinin Mətbuatla Əlaqələr Şöbəsinin  rəisi Vaqif Əsədovun verdiyi məlumata istinad edir.

Bildirilir ki, paytaxtın N.Nərimanov rayonu ərazisində H.Əliyev prospektinin A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən-metro N.Nərimanov istiqamətinə olan yolun, yəni A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.

Qanunvericiliklə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə 26.10.2021-ci il tarixdə saat 21:30-dan etibarən H.Əliyev prospektindən-A.Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin  və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin  hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir.

Qısa müddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edilir ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər.

 

A- A A+