Bu gün:

Baş Prokurorluq və DİN Siyəzəndə saxlanılan şəxsin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq və DİN Siyəzəndə saxlanılan şəxsin ölümü ilə bağlı məlumat yayıb

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində axtarış keçirilib.
Mubahise.az-ın verdiyi məlumata əsasən, avqustun 2-si T.İsmayılovun evində 8 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
 Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq Tural İsmayılov orada ölüb.
Hazırda faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Qeyd edilməlidir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

A- A A+