Bu gün:

Baydenin BMT Baş Assambleyasındakı çıxışı zamanı diqqətçəkən məqam - İsrail nümayəndə heyəti üçün ayrılmış kreslolar boş qaldı

 Baydenin BMT Baş Assambleyasındakı çıxışı zamanı diqqətçəkən məqam

 

ABŞ Prezidenti  Bayden Birləşmiş Millətlər Assambleyasında mühüm dəyərləndirmələr etdi.

Mubahise.az xəbər verir ki, beynəlxalq ictimaiyyətə mesaj verən və yeni bir Soyuq Müharibənin və ya yeni bir dünyanın olmasını istəmədiyini bildirən Baydenin İsrail və Fələstinlilərdən bəhs edərkən İsrail nümayəndə heyəti üçün ayrılan yerlərin boş olması diqqət çəkdi.

ABŞ Prezidenti Co Bayden, Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyasındakı çıxışında beynəlxalq ictimaiyyətə əməkdaşlıq mesajı verdi və dedi: "Biz yeni bir Soyuq Müharibənin və ya sərt bloklara parçalanmış bir dünyanın ardınca getmirik.

"HƏRBİ GÜC BİZİM ÜÇÜN SON ÇARƏDİR"

Bayden, ABŞ-ın sonsuz müharibələrə son verməyə başladığını və silahların heç vaxt həll yolu olmayacağını vurğuladı və  ABŞ-ın hərbi gücü yalnız son çar olmalı, hər problemdə istifadə olunmamalı.

ABŞ-ın öz dəyərlərini və strategiyasını müdafiə edəcəyinə diqqət çəkən Bayden: “Müttəfiqlərimiz və dostlarımızı  müdafiəyə davam edəcik. Güclü ölkələrin daha zəif ölkələri əzmə və torpaqlarını istila etmə cəhdlərinə qarşı çıxacıq” ,- deyə bildirib.

Baydendən İsrail-Fələstin üçün “İki dövlətli həll”  

Nüvəsizləşdirmə məsələsinə də önəm verəcəklərini qeyd edən Bayden: "ABŞ İranın nüvə silahına sahib olmasını əngəlləmək vədini yerinə yetirəcək. İranın nüvə sazişinin şərtlərinə qayıtmasını təmin etmək üçün P5 1 ( Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ, Almaniya)  ölkələrlə diplomatik səylərimizi davam etdiririk. İran nüvə anlaşmasının şərtlərinə qayıtsa, biz də eyni şeyi etməyə hazırıq" ,- mesajını verdi.

Yaxın Şərqdəki münaqişələrin həllində şiddətin ilk baş vurulan yol olmamasına çalışacağını deyən Bayden: “Müstəqil bir yəhudi dövlətinə dəstəyimiz  açıqdır. Ancaq İsrailin demokratik bir Yahudi dövləti olaraq gələcəyinin qurulması və demokratik bir Fələstin dövləti üçün ən yaxşısı iki dövlətli həlldir. İndi bu həll üçün uzun bir yol var, ancaq heç vaxt təslim olmamalıyıq” ,- fikrini paylaşdı.

Kreslolar Boş qaldı

Digər tərəfdən ABŞ prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında İsrail və Fələstinlilərdən danışarkən, İsrail nümayəndə heyəti üçün ayrılan yerlər boş qaldı. Foto AP xəbər agentliyinin əməkdaşı Eduardo Munoz tərəfindən çəkilib.

A- A A+