Bu gün:

Bir sıra səfirliklərdə dəyişikliklər olub. - Prezident sərəncamlar verib

Bir sıra səfirliklərdə dəyişikliklər olub.

Bir sıra səfirliklərdə dəyişikliklər olub.

Mübahise.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən:

Xəzər İbrahim Türkiyədə fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb. Rəşad Məmmədov bu vəzifəyə təyin olunub.

Vaqif Sadıqov BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə vəzifəsindən geri çağırılıb. Bu vəzifəyə Qalib İsrafilov təyin olunub.

Vaqif Sadıqov isə Belçikada səfir təyin edilib.

Fuad İsgəndərov Belçika, Lüksemburqda səfir və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. O, İsveçrədə səfir təyin edilib.

Cavanşir Axundov Latviyada səfir vəzifəsindən geri çağırılıb, bu vəzifə Elnur Sultanova həvalə olunub.

Anar Məhərrəmov Estoniyada səfir təyin edilib.

A- A A+