Bu gün:

Boşandıqdan altı ay sonra evlənib yenidən ayrıldılar

Boşandıqdan altı ay sonra evlənib yenidən ayrıldılar

Bakıda 15 il evli olan cütlük boşandıqdan 6 ay sonra yenidən evlənib, 1 il sonra təkrar boşanıblar.

Mubahise.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İradə Kamalova (şərti) və Xəlil Pənahov (şərti) birgə Xətai rayon məhkəməsinə müraciət edərək bu ilin fevral ayında daxil olduqları nikaha məhkəmə tərəfindən xitam verilməsini istəyiblər.

Məhkəmədə dindirilən İ. Kamalova bildirib ki, 2006-cı ildə X. Pənahovla ailə qurub: “Bizim 2007-ci və 2010-cu ildə övladlarımız dünyaya gəldi. Münasibətlərimizdə problem olduğu üçün 2019-cu ilin avqust ayında boşandıq. Həmin vaxt uşaqlar mənimlə qaldı. 2020-ci ilin fevral ayında övladlarıma görə Xəlillə barışdım. Rəsmi olaraq yenidən nikaha daxil olduq. Lakin barışıq sonrası xasiyyətlərimizin hələ də uyğunlaşmadığını gördük və yenidən boşanmaq istəyirik”.

Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər arasındakı nikah təkrar pozulub və cütlük ikinci dəfə boşanıb.

 

A- A A+