Bu gün:

Brad Pitt və Angelina Jolie’dən mediatorun neytrallığı barədə nə öyrənə bilərik? - Maarifləndirmə

Brad Pitt və Angelina Jolie’dən mediatorun neytrallığı barədə nə öyrənə bilərik?

Pitt və Jolie’nin boşanma işinin 2016-ci ildə başlamasına baxmayaraq uşaq qəyyumluğu və maddi varlıqları ilə bağlı mübahisələrə görə 2019-cu ildə boşandılar.

Mediasiya.az xəbər verir ki, Jolie və Pitt məhkəmə prosesində məlumatların çoxunun gizli qalması üçün işə xüsusi hakimin (Hakim John W. Ouderkirk) baxması qərarına gəldilər, lakin Jolie  başqa işləri xüsusi hakimə təqdim edən Pitt’in vəkili ilə iş əlaqəsi olduğu üçün hakimin çıxarılmasını istədi. Hakimin faktiki qeyri-obyektivliyi barədə hec bir ittiham yoxdur,amma qəbul edilən qərəzlilik anlayışı işin içindədir. Jolie'nin komandası hakimin Pitt'in vəkili ilə əvvəlki münasibətlərini açıqlamalı olduğunu iddia edir. Kaliforniyada  şəxsin faktiki qeyri-obyektiv  olması ağlabatan məlumatlara söykənməlidir.

Mediatorlar bunu nəzərə almalıdır. İş əlaqələri aşkar olmalıdır. Davada vurğulanır ki, xüsusi hakim də hakimlərin riayət etməli olduğu aşkarlıq prinsipi və maraqların toqquşması qaydalarına riayət etməlidir. Mediatorların mühakimə etməməsinə baxmayaraq onlar da hər hansı bir qeyri-obyektivlik halının ortaya çıxmamasına diqqət yetirməlidir. Mediatorlar bir çox vəziyyətdə vəkillərlə yaxından işləyirlər və çətin ki, karyera müddətində münasibətlər qurulmasın və vəkillər müəyyən üstünlük verdikləri mediatora müraciət etməsin. Bu, ciddi bir etik xəttdir, çünki vəkillər işləri özlərinə faydalı olacağını düşündükləri vasitəçilərə göndərməyə çalışacaqlar. Mediator yönlərdirmənin məqsədlərinə və  iş prosesinə təsir etməməsinə əmin olmaq üçün çox çalışmalıdır. Vəkillə əvvəldən iş  əlaqələrinin olması mediatorlar tərəflərə bunu bildirdikdə yolveriləndir(bəzi hallarda isə tam əksi) .

Jolie  və Pitt boşanmasının bizə öyrətdiyi odur ki, prosesin başlanğıcında açıqlama-aşkarlıq hər zaman olduğu kimi hər şeydən üstündür.

A- A A+