Bu gün:

Bu gündən bəzi məhdudiyyətlər aradan qaldırılır - Çimərliklər, İri ticarət mərkəzləri, Dini ibadət yerləri

Bu gündən bəzi məhdudiyyətlər aradan qaldırılır

Bu gündən karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılır.

Mubahise.az xəbər verir ki, Nazirlər kabinetinin müvafiq qərarına əsasən:

- 2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

- dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

- iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

- bu Qərar nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

- çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

- yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

 

A- A A+