Bu gün:

Bu il Ceyhan limanından 114 milyon barelə yaxın BTC nefti nəql edilib

Bu il Ceyhan limanından 114 milyon barelə yaxın BTC nefti nəql edilib

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barel xam neft nəql edib.

Mubahise.az şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 157 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 685 mliyon barelə yaxın xam neft 4 816 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

A- A A+