Bu gün:

Bu ilin yanvar-avqust aylarında sığorta şirkətləri 580 milyon manat sığorta haqqı toplayıb, - Ödəniş isə 340 milyona yaxındır

Bu ilin yanvar-avqust aylarında sığorta şirkətləri 580 milyon manat sığorta haqqı toplayıb,

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,597 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankın yaydığı məlumata görə , bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 339,866 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,2% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,7 manat olub.

 

A- A A+