Bu gün:

Bu sığorta növünün sığorta haqqını yalnız işəgötürən ödəyir.

Bu sığorta növünün sığorta haqqını yalnız işəgötürən ödəyir.

Ölkəmizdə bəzi sığortalar var ki, vətəndaş sığortalanır, lakin sığorta haqqının yarısını vətəndaş (işçi), yarısını isə işəgötürən (və ya dövlət ) ödəyir”.

Mubahise.az xəbər verir ki. bunu Fins.az-a sığorta eksperti İlkin İbrahimov deyib.

O bildirib:

1. İcbari tibbi sığorta üzrə 2% vətəndaş işçi ödəsə də, digər 2%-i işəgötürən ödəyir.

2. Aqrar sığorta üzrə sığorta haqqının 50%-ni vətəndaş (kəndli) ödəsə də, digər 50% sığorta haqqını dövlət öz üzərinə götürüb.

Ölkəmizdə bəzi sığorta növləri də vardır ki, bu sığorta növünün sığorta haqqını yalnız işəgötürən ödəyir.

Bunlar aşağıdakılardır:

1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta,

2. Hərbi qulluqçuların icbari şəxsi sığortası

3. Məhkəmə və hüquq-mühafizə orqanlarının icbari şəxsi sığortası

4. AR xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxsləri icbari şəxsi sığortası.

A- A A+