Bu gün:

Çin səfiri Türkiyə XİN-ə çağırıldı

Çin səfiri Türkiyə XİN-ə çağırıldı

Çinin Ankaradakı səfiri Lui Şaobin Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Mubahise.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, səfirliyin sosial media paylaşımları ilə əlaqədardır.

Səfiri xarici işlər nazirinin müavini Səlim Kıran qəbul edib və məsələdən narahatlıqları Çin tərəfinə çatdırılıb.

Qeyd edək ki, Çinin Ankaradakı səfirliyi tvitter hesabında İYİ Partiya rəhbəri Meral Akşener və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı hədəf alıb.

Belə ki, hər iki siyasətçi 5 aprel 1990-cı ildə Kaşqar vilayətində baş verən Barın qətliamı qurbanlarını sosial media hesablarında anıblar.

Səfirlik isə onları işarələyərək, hər iki siyasətçini qınayıb.

Qafqazinfo

A- A A+