Bu gün:

Çoxmərhələli Mediasiya Prosesi - Maarifləndirmə

Çoxmərhələli Mediasiya Prosesi

Çoxmərhələli Mediasiya Prosesi

Təsəvvür edin ki, siz mübahisəli məhkəmə prosesində bir tərəfi təmsil edirdiniz. Bu günün mediasiyasını planlamaq üçün xeyli vaxt və səy sərf edilir. Bura çatma prosesi ilə bağlı  heç nə asan olmayıb və danışıqların da rəvan keçəcəyini gözləməyin. Tərəflər “ədalətli” qərar gözləyərkən onların real olmayan gözləntilərinin olduğunu görə bilərsiniz və çəkişmənin daha uyğun olacağını düşünə bilərsiniz.İndi saat 16:30-dur və demək olar ki,bir saatdı mediatoru görmürsünüz. Təkliflərin bir neçə turu olsa da, tərəflər hələ bir-birindən çox uzaqdırlar və vaxt azdır.Siz və sizin müştərinizin vəziyyətdən narahatlığı artır və gözləmək hər şeyi daha da pisləşdirir. “Ölü vaxt” ərzində başqa bir məsələ ilə bağlı qısa məlumatı bitirməyə çalışdınız və müştəriniz bir neçə təcili yardım çağırışı etdi, amma hər ikiniz üçün başqa işə cəmləşmək çətindir.

Siz müştərini sakitləşdirməyə çalışırsınız, izah edirsiniz ki,qarşı tərəfi də real yanaşmaya yönlənirmək vaxt tələb edir.Lakin siz onların narahatlığına mane ola bilmirsiniz və hey soruşurlar:”Niyə bu qədər uzun çəkir?”. Sizin mövqeyinizdən, bu adi bir vəziyyətdir. Mediator qarşı tərəfdən mənalı bir təşəbbüs xəbəri ilə geri qayıda bilməyəndə müştərinin prosesi dayandıracağından qorxursunuz. Mediator otağa yenidən daxil olur,gecikmə üçün üzr istəyir və qarşı tərəfin “3 əsas tələbini”ümumiləşdirməyə başlayanda müştəriniz qəzəblə ah çəkir.Bu işi həll etmək ehtimalı azalır.

Yuxarıdakı ssenari oxşar ola bilər.Bu şərti mediasiya modeli üçün adi haldır,hansı ki iştirakçılar vəziyyəti mürəkkəbləşdirirlər . Mediasiyada iş saatları bitdikdə narahatlığın daha da artması və enerjini azalması ,həqiqətən kəskin mühit yarada bilər. Bəzən bu, çıxılmaz vəziyyətə gətirib çıxara bilər.Tərəflər bu gərgin mühitdən bir anlaşma əldə etsələr də ,prosesdən məyus və tükənmiş çıxacaqlar.Tərəflər bəzən sadəcə bu durğun vəziyyətdən çıxmaq üçün razılaşırlar və sadəcə evlərinə getmək istəyirlər. Mediasiya bu şəkildə olmamalıdır.Alimlər və mediator kimi təcrübəsi olanlar  mediasiyanın hissələrə bölünməsi- çoxmərhələli mediasiya prosesinin bəzi situasiyalarda daha yaxşı bir yanaşma olduğunu sorğulamağa başlayıb. Əlavə olaraq,bununla bağlı  Missouri Hüquq Fakültəsi , alternativ mübahisələrin həlli alimi -John Lande, çox mərhələli mediasiyanın təkamülünü izləyən, onu vasitəçilik prosesinin özünəməxsus elastikliyi ilə əlaqələndirən və mediasiyanın qərar qəbul etmə keyfiyyətini artırma potensialını vurğulayan əsər yazıb.

Çox mərhələli mediasiya modelinin üstünlükləri:

  • Mediatorun  tərəflərlə görüşən zaman  “ölü vaxt”ı aradan qaldırması.
  • Düşüncə,  ev tapşırığı, araşdırma və  faktların toplanması üçün mərhələlər arasında daha çox vaxt ayıraraq təməl əlaqənin inkişafı.
  • Xüsusilə bazarlıq prosesinin sonrakı mərhələlərində narahatlıq və stresi azaltmaq
  • Mükəmməl qərar qəbuletmə keyfiyyətinin artırılması və peşmanlıq ehtimalının azaldılması
  • Yüksək səviyyəli qərar qəbul edənlərin fəal girişləri üçün ayrı mərhələləri ayıraraq faydalı iştirakın artırılması
  • Xüsusi mübahisələrə və şəxsiyyətlərə uyğunlaşdırılmış çevik, çox mərhələli bir prosesin yaradılması

COVID-19 pandemiyası həm videokonferensiya vasitəçiliyinə keçidin təcrübə tələb etdiyinə görə, həm də texnologiyanın asinxron əlaqəni asanlaşdırdığına görə çox mərhələli vasitəçilik prosesi üçün katalizator olmuşdur. Bu çox mərhələli proses tərəflərin soyuqqanlılığını saxlamağa, diqqətlərini cəmləşdirməyə, həmkarlarının perspektivlərini daha yaxşı başa düşməyə və nəticədə qarşılıqlı məqbul bir ayrılığa gəlməyə kömək edir. Çətin ki, hər şeyi bir gündə etməyə çalışsaydıq, eyni nəticəni əldə edə bilərik.

Videokonfrans texnologiyası çox mərhələli vasitəçilik prosesini asanlaşdırsa da, ikisi arasında zəruri bir əlaqə yoxdur.Bir çox virtual mediasiya zamanı  hələ də bir-gün modeli istifadə edilir(burada “Zoom yorğunluğu” ilə mübarizə aparmaq bütün gün konfrans salonunda oturmaq qədər çətin ola bilər). Əksinə, bir çox şəxsin iştirak etdiyi mediasiya sessiyaları üçün çox mərhələli bir yanaşma istifadə edilə bilər.

Vasitəçilik prosesinin özünəməxsus rahatlığına əsaslanaraq, mediatorla tərəflərin ehtiyaclarına və xüsusi mübahisələrə ən uyğun gələn bir proses  yaratmaq üçün işləyə bilərsiniz.

Çoxmərhələli mediasiya prosesi- istər onlayn, istərsə də şəxsən , növbəti vasitəçiliyinizi planlaşdırarkən ciddi düşünməyə layiqdir.

 

Qeyd: Əgər hər hansı problem və onun həlli istiqamətində uğur qazanmaq istəyirsizsə Ölkəmizdə ilk peşəkar və lisenziyalı Mediatorlardan olan İlkin İbrahimov a müraciət edə bilərsiz. Əlaqə nömrəsi : 070-290-13-57

Mediasiya.az və mübahise.az üçün tərcümə etdi: Nərminə Hüseynzadə

A- A A+