Bu gün:

Dayanacaqlardan ödəniş terminalları yığışdırılır

|| Oxunma: 315

Dayanacaqlardan ödəniş terminalları yığışdırılır

"Paytaxtda dayanacaqlardan "Bakıkart"a məxsus ödəniş terminallarının götürülməsi texniki amillərlə bağlıdır".

Mubahise.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayev qeyd edib ki, bu proses "BakıKart"ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir:

"Hazırda sərnişinlərimizə "BakıKart"ın balansını artıra bilməsi üçün daha geniş imkanlar təqdim edilir. Sentyabrdan başlayaraq sərnişinlərə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da "BakıKart"ın balansını artımaq imkanı yaradılıb.

Yenilik sayəsində hazırda bütün "MilliÖn" terminalları "BakıKart" ödənişlərini qəbul edir. Yəni "MilliÖn" terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart" balansınızı da artıra bilərsiniz".

A- A A+