Bu gün:

DİN Sumqayıt yol polisində yoxlamalara başladı, rüşvət halları araşdırılır - Video

|| Oxunma: 4990

DİN Sumqayıt yol polisində yoxlamalara başladı, rüşvət halları araşdırılır

Sumqayıt şəhər Yol polisi Şöbəsində yoxlamalara başlanılıb.

Hüquq-mühafizə orqanlarında Mubahise.az-a daxil olan məlumata görə, son zamanlar Daxili İşlər Nazirliyi bütün ölkədə narkotik vasitə qəbul edib avtomobil idarə edənlərə qarşı kompleks tədbirlər həyata keçirir. Bu əməliyyatlar çərçivəsində yüzlərlə narkotik qəbul edib maşın sürən şəxs ələ keçib. Onlardan bir neçəsi də Sumqayıt şəhərində saxlanılıb.

Lakin Sumqayıt yol polisi rəhbərliyi şəhərdə aşkar etdiyi digər belə hallara göz yumub. Narkotikin təsiri altında maşın sürənlərdən rüşvət alaraq sərbəst buraxılması halları qeydə alınıb. Bununla bağlı məlumat DİN rəhbərliyinə daxil olub. Nazirlik yüksək vəzifəli şəxslərinin tapşırığı ilə Sumqayıt yol polisində rüşvət hallarının araşdırlması ilə bağlı yoxlamalara başlanılıb. Hazırda DİN məsul şəxsləri Sumqayıt polisində təhqiqat aparır.

A- A A+