Bu gün:

Dövlət Sığorta Şirkətinin yığımlarının həcmi artıb – ŞİRKƏT TOP 3-DƏ - ŞİRKƏT TOP 3-DƏ

Dövlət Sığorta Şirkətinin yığımlarının həcmi artıb – ŞİRKƏT TOP 3-DƏ

Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti son bir il ərzində yığımlarının həcmini artırıb.

Mubahise.az fed.az a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta şirkətləri üzrə açıqladığı hesabata əsasən, Dövlət Sığorta Kommersiya Şirkətinin peşəkar satış komandası tərəfindən cari ilin yanvar-mart aylarında sığorta portfeli daha da genişlənərək 38,088 mln. manata çatdırılıb. İllik müqayisədə yığımların həcmində 2,340 mln. manat və ya 6,55% artım qeydə alınıb.

Qeyd edək ki, cari ilin birinci rübündə yığımların həcminə görə “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlükdə qərarlaşıb.

A- A A+