Bu gün:

Dövlət şirkətlərinin büdcəyə ödədiyi pul xərclədiklərindən dəfələrlə azdır - SİYAHI

Dövlət şirkətlərinin büdcəyə ödədiyi pul xərclədiklərindən dəfələrlə azdır

Bir sıra dövlət müəssisələrinin dövlət büdcəsindən istifadə etdiyi vəsaitlər büdcəyə verdikləri töhfədən çox olub.
Mubahise.az xəbər verir ki, bu məlumat Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində yer alıb.
Məlumatda bildirilir ki, ötən il dövlət büdcəsinə dövlət mülkiyyətində olan müəssisələr üzrə ümumilikdə 1 milyard 827,4 milyon manat vəsait daxil olub. Dövlət büdcəsindən dövlət mülkiyyətində olan müəssisələrə isə dövlət əsaslı vəsait qoyuluşu nəzərə alınmadan 3 milyard manatdan çox vəsait yönəldilib.
Hesablama Palatası tərəfindən 6 iri dövlət vergi ödəyicisi üzrə dövlət büdcəsindən icra olunan vəsait ilə onların dövlət büdcəsinə ödənişləri (vergi orqanları tərəfindən daxilolmalar) müqayisə edilib. Müqayisə göstərir ki,bir 1 iri vergi ödəyicisi (“Xəzər Dəniz Gəmiçiliyi” QSC) istisna olmaqla digərləri üzrə dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlərin məbləği həmin müəssisələr tərəfindən dövlət büdcəsindən icra olunan vəsaitdən az olub: (yeniavaz)

A- A A+