Bu gün:

Dövlətdən milyonluq tenderlər alan şirkət İqtisadiyyat Nazirliyinin əməkdaşlarını ərazisindən qovdu

|| Oxunma: 920

Dövlətdən milyonluq tenderlər alan şirkət İqtisadiyyat Nazirliyinin əməkdaşlarını ərazisindən qovdu

Maliyyə və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyətinin və digər dövlət qurumlarının milyonluq tenderlərini udan "Stone Construction” Qapalı Səmhdar Cəmiyyəti cərimələnib.

Xəbər verir ki, şirkət onun obyektlərinə yoxlama üçün gələn İqtisadiyyat Nazirliyinin əməkdaşlarını öz ərazisinə buraxmayıb və onlara yoxlama aparmağa maneə olub.

Bnuna görə də "Stone Construction” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə cərimə protokolu tərib edilib. İşə fevralın 15-də Binəqədi rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki,  2019-cu ildə Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərən şirkət QSC-yə çevrildikdən sonrakı qısa dövrdə dövlət qurumlarının keçirdiyi və ümumi məbləği 10 miyondan çox olan  tenderin qalibi olub.

Şirkətlə bağlı başqa bir ilginc məqam onun hüquqi ünvanı ilə bağlıdır. Mediada dərc olunan yazılarda "Stone Construction” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli 2v 2, m.17 göstərilib. Həmin ünvanda "NT Engineering” MMC də qeydiyyata alınıb. Bu isə “tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur.

A- A A+