Bu gün:

Dünyanın ən bahalı tikinti layihələri

Dünyanın ən bahalı tikinti layihələri

Dünyanın ən bahalı tikinti layihələri 

 Mubahise.az bu yazıda bəşər tarixinin ən bahalı tikinti layihələrini təqdim edir

 La Manş  tuneli-22,4 milyard dollar

Məşhur "La Manş" tuneli dəniz altındadır. Onun uzunluğu təxminən 52 km-dir. Bu tunel Fransanın Padukale limanını İngiltərənin Folkston qəsəbəsi ilə birləşdirir. O,tunel dənizin 40 metr dərinliyinə çəkilmiş və Avropanın ən bahalı tikinti layihəsi hesab edilir. Onun dəyəri təqribən 22,4 milyard dollardır. Tunel 2 kanaldan ibarətdir. Hündürlüyü 8 metr 30 sm-dir. Qatarlar yarım saata sərnişin və yükləri bir dayanacaqdan digərinə çatdırır. Qeyd edək ki, bu tunel  Fransa və İngiltərənin 15 şirkəti tərəfindən inşa edilib. Təhlükəsizlik və ekoloji tələblərin sərtləşdirilməsi layihə üçün tikinti xərclərinin 80% artması ilə nəticələndi. 1988-ci ildə başlayan bu layihə yalnız 1994-cü ildə başa çatdı. Tikinti zamanı 10 işçi faciəvi şəkildə həyatını itirdi.

Big Dig, Boston - 23,1 milyard dollar

Dünyanın ən yüksək texnologiyalı və böyük şose proyektlərindən biri  olan bu proyekt yol sıxlıq problemini həll etmək səbəbiylə yaradılıb. 8 magistral yolları birləşdirən bu nəhəng layihənin xərci təxminən 23.1 milyard dollardır.

"Kansai" Beynəlxalq Hava Limanı - 29 milyard dollar

"Kansai" Beynəlxalq Hava Limanı Yaponiyanın kənarında, tam dəqiqliyi ilə desək,  Osaka körfəzinin ortasında yerləşir. Bu hava limanı tez-tez baş verən zəlzələlərə və tayfunlara tab gətirmək üçün yığılmış süni bir ada üzərində inşa edilmişdir. "Kansai", yalnız yerləşdiyi yerə görə diqqət çəkmir. O, həmçinin möhtəşəm dizaynı ilə də seçilməkdədir. Qeyd edək ki, "Kansai" Beynəlxalq Hava Limanı simvolik olaraq təyyarə qanadı şəklində hazırlanıb. Deyilənlərə görə, bu liman məşhur Çin Divarı kimi kosmosdan belə müşahidə edilə bilər. Yaponiya dövləti  məşhur hava limanın inşaatına  təxminən 29 milyard xərcləmişdi.

Kaliforniyanın yüksək sürətli nəqliyyatı - 33 milyard  dollar

Tikintiyə 2015 -ci ildə başlanılıb və 2029 -cu ilə qədər 1 -ci mərhələnin tamamlanması planlaşdırılır. Bu layihə sahəsində ABŞ-ın bəzi böyük şəhərlərini sürətli dəmir yolu vasitəsilə  birləşdirmək mümkün olacaq.

Layihənin icraçı direktoru Jeff Moralesin sözlərinə görə, layihənin ümumi xərci təxminən 33 milyard dollardır.  Məsələn, bu yeni layihə  San -Fransisko ilə Los -Ancelesi birləşdirəcək və  buradan qatarlar saatda 350 kilometr sürətlə hərəkət edə biləcəklər.

 Songdo - 40 milyard dollar

Cənubi Koreyanın paytaxtı Seul şəhəri yaxınlığında  inşa edilən "Songdo" layihəsinin dəyəri 40 milyard dollardan çoxdur. Deyilənlərə görə, burada avtomatik tullantıların təkrar emalı, oksigen istehsal edən bitki parkları və digər texnoloji yenilikləri olan "ağıllı şəhər" olacaq. Dovşan, maral və digər heyvanlarla dolu Mərkəzi Park da məhz bu lahiyəyə daxildir." Songdo" memarlıq lahiyəsi biznes və turistləri cəlb etmək üçün inşa edilir və məhz bunun üçün  "İncheon" Beynəlxalq Hava Limanının yaxınlığında yerləşəcək.

 Dubayland - 76 milyard  dollar

Bu layihənin tikintisi Dubaydakı maliyyə böhranı səbəbindən 2008 -ci ildə dayandırılmış və 2013 -cü ildə yenidən davam etdirilmişdir. Bu möhtəşəm layihə indiyə qədər investorlara 76 milyard dollar ziyan vurub. Bu lahiyə  tamamlansa , onda dünyanın ən böyük və ən bahalı əyləncə parklarından biri olacaq. Disneyland bənzər bir parkın,  "IMAX" teatrların və bir çox digər cazibədar yerlərin burada olacağını təxmin etmək olar. "Dubayland"ın  dizaynı  ərəb folkloruna, xüsusən də" Min Bir Gecə" nağılına görə inşa ediləcək.

Kaşaqan - 116 86 milyard dollar

Xəzər dənizində yerləşən Kaşaqan son 40 ildə ərzində  işlənmiş böyük bir neft yatağıdır.Burada  qurulan infrastruktur 2017 -ci ildən başlayaraq gündə 90 min barreldən çox neft hasil edəcək. Layihəyə mənfi təsir edən boru sızıntısı və digər çətinliklər onun tikilməyinin gecikməsinə səbəb olub. Bu layihə ilə bağlı daha bir  problem var. Burada neft yataqlarının yüksək təzyiq altında olması  qazma işlərini çox təhlükəli edir.

Bu ilin aprel ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizindəki “Kaşaqan” yatağının cari ilin sonunadək tammiqyaslı inkişaf planının təsdiqləməsi barədə göstəriş verib.

Dövlət başçısının sözlərinə görə, istehsal olunan neft həcmini ildə 15 milyon ton artırmaq mümkündür. Nəticədə iş yerləri açılacaq, yerli xidmət şirkətləri, kiçik və orta sahibkarlar üçün geniş imkanlar yaradılacaq.

Prezident, həmçinin bildirib ki, bölgə iqtisadiyyatının inkişafı üçün böyük gözləntilər neft və qaz kimyası ilə əlaqələndirilir ki, bu da regionun və bütün ölkənin gələcək iqtisadiyyatının təməlidir.

Beynəlxalq Kosmik Stansiya - 150 milyard dollar

Beynəlxalq Kosmik Stansiya kimi tanınan tədqiqat stansiyasının dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır.

 Beynəlxalq Kosmik Stansiyanın tərtib edilməsinə məsul olan ölkələr ABŞ, Rusiya, Kanada, Yaponiya, Belçika, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və İsveçrədir. Rusiya raketləri və idarə olunan kosmik gəmilər onun qurulmasında istifadə olunan əsas vasitələr idi.

ABŞ-ın Dövlətlərarası yol sistemi - 459 milyard  dollar

Dövlətlərarası avtomobil yolu, 1956-cı il federal yardım yolu qanununun himayəsi altında qurulan və federal hökumət tərəfindən maliyyələşdirilən  bir avtomobil yoludur. İlk olaraq dövlətlərarası avtomobil yolları ideyası müharibə dövründə Almaniyadakı "Autobahn"ın faydalarını gördükdən sonra ABŞ prezidenti  Dvight D. Eisenhoverin ağlına gəldi. Hal-hazırda  Amerika Birləşmiş Ştatlarının  dövlətlərarası magistralların 42,000 kilometrdən çox hissəsi bura aiddir.(iki sahil)

 

A- A A+