Bu gün:

Dünyanın ən varlı ailələrinin siyahısı açıqlanıb - SİYAHI

Dünyanın ən varlı ailələrinin siyahısı açıqlanıb

Dünyanın ən varlı ailələrinin siyahısı açıqlanıb.

Mubahise.az xəbər verir ki, “Bloomberg”in hazırladığı reytinqdə 25 ailə yer alıb.

Ən varlılar siyahısına dünyanın ən böyük topdansatış və pərakəndə alış-veriş şəbəkəsi “Wallmart”ın sahibi Uoultonlar ailəsi başçılıq edir. Sözügedən ailənin varidatı 238,2 milyard dollardır.

İkinci pilədə isə Marslar ailəsi qarşılaşıb. Ərzaq məhsulları istehsal edən “Mars” şirkətinin sahiblərinin 142 milyard dolları var. İlk üçlüyü isə Koxlar ailəsi tamamlayır. Neft-kimya sahəsi üzrə ixtisaslaşan “Koch İndustries” şirkətinin sahiblərinin varidatı 124,4 milyard dollar təşkil edir.

10-luq ardıcıl olaraq belə tamamlanır:

Hermelər ailəsi (“Hermes” dəb mərkəzi - 111,6 milyard dollar), Səudiyyə Ərəbistanının Əl Səud kral ailəsi (100 milyard dollar), Hindistanın “Reliance İndustries” holdinqinin sahibi Ambanilər ailəsi (93,7 milyard dollar), Fransanın “Chanel” dəb mərkəzinin sahibi Vertheimerlər ailəsi (61,8 milyard dollar), ABŞ-ın “Fidelity İnvestment” şirkətinin sahibi Consonlar ailəsi (61,2 milyard dollar), “Thomson Reuters” media şirkətinin sahibi Tomsonlar ailəsi (61,1 milyard dollar), Almaniyanın “Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsi (59,2 milyard dollar).

 

A- A A+