Bu gün:

"Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə olnacaq" Prezidentin köməkçisi

“Bu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur”.

Mubahise.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir: “Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".

Prezidentin köməkçisi bildirib ki, bu vəziyyət həkimləri də yorub.

“Həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmayıb. Amma bu gün bu xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsək ki, xəstəxanalar xəstə ilə dolur, növbəti addımların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin də təhlükəsiz olması haqda kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. Peyvəndləməyə elmi işlərə, məqalələrə əsaslanaraq başlamışdıq. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsdə şübhə doğurmamalıdır. Bu gün COVID-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır”, - deyə Ş. Mövsümov vurğulayıb.

A- A A+