Bu gün:

Əgər mediasiya işə yaramazsa, nə baş verər? - Maarifləndirmə

Əgər mediasiya işə yaramazsa, nə baş verər?

Boşanma və ya ailə hüququ məsələlərində mediasiya çox yayğındı. Bəzi kazuslarda məhkəmə tərəfləri mediasiyaya yönləndirir.

Mediasiya.az xəbər verir ki, tərəflər mediasiyaya gedəndə , mübahisənini mediatorla həll edilə biləcəyinə ümid yaranır. Mediatorlar dəfələrlə tərəflər arasında ortaq fikir və kompromis axtarmağa çalışırlar. Vasitəçilər,həmçinin tərəflərə öz təkliflərini irəli sürə bilər.Mediasiya tez-tez uğurlu olur,əksər hallarda tərəflər mediasiyadan razılaşma içində çıxırlar. Razılaşma tərəflərin çəkişmə və mübahisələrinə son qoyulması ilə nəticələnir. Mediasiya razılaşmaları uşaqlar üçün də faydalıdır, çünki onlar boşanma mübahisələrində valideynləri arasında qalmalı olmurlar.

Lakin bəzən mediasiyanın boşanma və ailə hüququ məsələlərində təsirinin özünü doğrultmadığı hallar da olur. Bəzən tərəflər böyük inamla mediasiyaya müraciət edirlər,amma onlar heç cür razılaşmaya gələ bilmir. Belə olan hallarda mediatorlar tərəflərə nəyisə etməyə məcbur edə bilməz,onlar sadəcə tərəflərə təklif və məsləhət verə bilərlər.

Boşanma və ailə hüququ məsələlərində tərəflər razılaşmaya gəlməzsə, nə baş verəcək?

Belə hallarda çoxsaylı imkanlar mövcuddur. Birincisi, tərəflər fasilə verə və sonra yenidən danışıqlara davam edə bilər. Mübahisələrin yaxın zamanda həll edilməsinə ehtiyac olmadığı təqdirdə,tərəflər bir az vaxt ayrılmağını və yenidən məşğul olmağı düşünə bilərlər.

İkincisi, tərəflər fərqli bir vasitəçi istifadə etməyə razılaşa bilər.Bəzi situasiyalarda vasitəçi tərəflər və ya mübahisə üçün uyğun olmur.Beləliklə ,tərəflər fərqli bacarıqlara sahib başqa vastəçiyə baş vurur.

Üçüncüsü, tərəflər vasitəçilik əvəzinə arbitrajdan istifadə etməyə razı ola bilərlər.
Arbitrajın mediasiyadan fərqi arbitr tərəflər üçün məcburi qərar verə bilər.Bəzi tərəflər apellyasiya hüququndan imtina etdikləri üçün arbitrajda iştirak etməkdə tərəddüd edə bilər, lakin arbitraj bəzən bir seçimdir.

Dördüncüsü, əməkdaşlıq praktikası (collaborative practice) tərəflərin nəzərdən keçirmələri üçün başqa seçimdir. Əməkdaşlıq praktikası-mübahisələrin həllinin alternativ yolu olub tərəflərə məhkəmə müdaxiləsi olmadan vəkil və ya başqa ekspertlərlə işləməyə icazə verən metoddur.

Beşincisi,tərəflər boşanma və ya ailə hüququ mübahisəsini məhkəməyə müracət edərək həll edir. Məhkəmə adətən bahalı və mənəvi cəhətdən çökdürücü olsa da, məhkəməyə getmək bəzən tərəflər məhkəmədən kənar bir razılaşmaya gəlmədikdə tək seçim olaraq qalır.

Son olaraq, Mediasiya dəyərli bir qurumdur.Əgər tərəflər öz mübahisələrini mediasiyada həll etməyə nail olarsa,nəticədə tərəflər vəkil xərclərindən və məhkəmədə keçirdiyi vaxtdan qurtulmuş olur.Bu səbəbdən vasitəçilik müvəffəq olmadıqda nə olacağını düşünmək vacibdir.

Qeyd: Bu imkanlar Anqlo-Sakson hüquq sisteminə aid olan ölkələri üçün keçərlidir.

Tərcümə etdi: Nərminə Hüseynzadə

 

A- A A+