Bu gün:

Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi) “Atəşgah” Sığorta Şirkəti

Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi)

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Əlaqə mərkəzinin operatoru (gündüz növbəsi)

Namizədə tələblər

• Yaş: 20-45
• Xanım namizədlər
• Təhsil: Ali və ya orta
• İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
• Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
• Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
• Müştərilərin müraciətlərinin statistikasının aparmaq
• Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
• Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
• Səlis, aydın, əmin danışıq tərzi
• Satış bacarığı, təqdimat qabiliyyəti

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş Qrafiki: dəyişkən
• Sabit əmək haqqı sınaq müdətində 350 AZN
• Sınaq müddətindən sonra 400AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir

• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin operatoru”qeyd etmələri xahiş olunur.

A- A A+