Bu gün:

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Mubahise.az-ın  məlumatına görə, qərar parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib.

98 nəfər layihənin lehinə səs verib. 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səs verməyib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat vermişdi.

A- A A+