Bu gün:

Əlilliyi təyin edən Agentliyə yeni rəhbər gətirildi

Əlilliyi təyin edən Agentliyə yeni rəhbər gətirildi

Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Anar Bayramov bu vəzifəyə təyin edilib. Bu vəzifəyə qədər A.Bayramov nazir Sahil Babayevin müşaviri işləyib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Agentliyin əvvəlki sədri Cavid Əbdülqədirov isə Nazirliyin Aparat rəhbərinin müavini təyin edilib.

Mubahise.az xəbər verir ki, Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-2021 ci ilə qədər  “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri olub.

Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.

 

Fotoda: Cavid Əbdülqədirov

A- A A+