Bu gün:

“Embawood”dan mebel alanların nəzərinə - Diqqətli olun

|| Oxunma: 1125

 “Embawood”dan mebel alanların nəzərinə

Bakıda “Embawood” mağazasından masa alan müştəri məhsulun keyfiyyətsiz çıxdığını bildirsə də, şirkət dəyişməkdən imtina edib.

Mubahise.az xəbər verir ki, vətəndaş Günel Quliyeva bildirib ki, dekabrın 30-da “Embawood” mağazasından açılan masa alıb və istifadə etmək üçün açanda keyfiyyətsiz materialdan hazırlandığı məlum olub: “Masa açılıb-bağlanmırdı, 10 günə üzü qabıq qoydu. Yanvarın 10-da bu barədə şirkətə bildirdim, məhsulun keyfiyyətsiz olduğuna görə üzünün qopduğunu dedim. Buna görə də qaytarılmasını tələb etdim. Mənə narahat olmadığımı deyərək qaytarılacağını bildirdilər. Yanvarın 11-də şirkətdən xəbər çıxmadığını görüb 126-ya zəng etdim. Növbəti dəfə narahat olmamağımı dedilər. Yanvarın 12-də isə masanın dəyişdirilməyəcəyini, yaranan problemin mənim etdiyimi dedilər”.

G.Quliyeva qeyd edib ki, “Embawood” əməkdaşları masaya baxmadan saxta qərar çıxarıblar: “Bu şirkət hələ bir insanı evə göndərib stola baxıb rəy çıxartmadan qərar verib. Öz ustalarının səhvini müştəridə görürlər. Yekunda masaya görə mənim 30 manat ödəməli olduğumu dedilər. İqtisadiyyat Nazirliyinə də şikayət etmişəm. Sadəcə bu mağazanın müştərisi olmaq istəyənlərə bildirmək istəyirəm ki, bu şirkətdə müştəri məmnuniyyəti yoxdur. Hamı məlumatlı olsun”.

A- A A+