Bu gün:

Əmək mübahisələrinin mediasiya ilə  həlli - Maarifləndirmə

Əmək mübahisələrinin mediasiya ilə  həlli

Əmək mübahisələrinin mediasiya ilə  həll edilməsi

Mubahise.az xəbər verir ki, Şirkətlər əmək mübahisələrini həll etmək üçün tez-tez məhkəməyə müraciət edirlər, çünki rəhbərlik bu cür məhkəmə çəkişmələrinin nəticəsini və ümumi vəziyyətə göstərə biləcəyi psixoloji təsiri lazımınca anlamır.Çəkişmə başladıqdan sonra dayandırmaq çətindir. Məhkəmə prosesinin hər bir addımı növbəti mərhələyə aparır.

Əmək müqaviləsinə xitam verilmiş və ya işləyən bir işçi işəgötürəninə qarşı iddia qaldırdıqda məsələni mediasiya adlanan bir prosedurla erkən həll etməyə çalışmaq ümumiyyətlə hər iki tərəfin marağındadır.Mediasiyada təcrübəli mediatorlar mübahisəni həll etmək üçün tərəflərlə görüşür.Mediatorun iştirakı tərəflərin real maraqlarına fokuslanaraq, hər iki tərəfin mənafelərini nəzərə alan razılaşmanı əldə etmək şansını artırır. Mediasiya məcburi olmayan prosesdir. Heç bir halda mediatorun təklif etdiyi razılaşmanın qəbul olunması tələb olunmur. Hər hansı bir razılaşma və şərtləri tamamilə tərəflərin razılığına tabedir və bütün proses, ümumiyyətlə, məxfidir.

İşçilərlə şirkət arasında mübahisələr bir neçə fəqli konteksdə ortaya çıxa bilər. Mövcud bir işçi nəzarətçi heyətinin onları incitdiyini iddia edə bilər. Əmək müqaviləsinə xitam verilən və ya rədd edilən bir işçi, bu cür işin irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı və ya əlilliyinə görə ayrıseçkilik təşkil etdiyini iddia edə bilər. Əmək  mübahisələrinin həlli proqramlarını yaxşılaşdırmaq istəyən şirkətlərin şikayətlərin ədalətli və əsaslı araşdırılması tələb olunan  və mediasiyanı əhatə edən mübahisələrin həlli mexanizmini tətbiq etmələri daha məqsədə uyğundur. İşəgötürən maddi itkiyə məruz qalmasa da, nəzarət heyəti işçiləri incitsə, işəgötürən məsuliyyət daşıyır. İşçi işəgötürənin səhlənkar olduğunu sübut etmək məcburiyyətində deyil. Mediasiyanın tətbiqi, bir şirkətin bu şikayətləri həll etmək üçün göstərdiyi səylərin məqbul sayılmasının bir yoludur. Bəs vasitəçilik iş mübahisələrinin həllində niyə bu qədər faydalı bir vasitədir?

Digər tərəfdən, işəgötürənlər tez-tez ayrı-seçkilik və ya təqib şikayətlərinin əsassız olduğunu və "səhvən günahlandırıldıqlarını" hiss edirlər. Tez-tez belə münasibətlərdə  mediatorluq edirlər. Nəticədə, hər hansı bir anlaşmaya gəlmək istəmirlər. Mediasiya prosesi bu məsələləri aradan qaldırmağa, mübahisəni tədricən daha qərəzsiz görməyə və bunun necə həll ediləcəyi ilə bağlı  qərarlar vermələrinə imkan verir.

Əmək münasibətlərinə xitam verilmiş və ya mövcud işçi işəgötürənə qarşı iddia qaldırdıqda, tez-tez mediasiya ilə məsələni erkən həll etməyə çalışmaq hər iki tərəfin xeyrinədir. Razılaşmanın məhkəmə  tərəfindən qəbul edilmiş qərarlardan daha faydalı olacağı ehtimalı böyükdür.Mediasiya uzun zaman davam edə biləcək düşmənçiliyin yaranmasına əngəl ola bilər. Mediasiya tərəflərin nəticə üzərində təsiri əllərində saxlamasına imkan verir. Mediasiya məhkəmə xərcləri ilə müqayisədə  daha az xərc tələb edir.

Mediasiya  mübahisədə yalnız mövcud olan saysız-hesabsız hüquqi, faktiki və emosional məsələlərin həllində xüsusilə effektiv deyil, həm də başqa bir şəkildə çətin olan mübahisələrə dair danışıqların səmərəli və qarşılıqlı razılığını təmin edir.

Tərcümə etdi Nərminə Hüseynzadə

Qeyd: Şikayətlərinizi bizə yazın.

Telefon: +994 70 290 13 57 (Nömrənin üzərinə klikləyərək "Whatsapp"da yaza bilərsiniz)

Facebook: Mubahise.az

Instagram: Mubahise.az

Youtube: Mubahise.az

Email: info@mubahise.az

A- A A+